İranın Moskvadakı səfirliyinin dəvəti ilə keçirilən İran İslam İnqilabının Qələbəsinin ildönümü mərasiminə qatılan Sergey Ryabkov İRNA-nın müxbirinə müsahibəsində iki ölkə arasında əlaqələrin inkişafına toxunaraq deyib: Əminəm ki, ölkələrimiz arasında münasibətlərin parlaq gələcəyi var. İkitərəfli münasibətlərin potensial imkanları ilə bağlı məndə olan məlumata görə, deyə bilərəm ki, bu potensial hələ işə düşməyib, lakin biz birlikdə nə qədər səmərəli və faydalı işlər görə biləcəyimizi yenicə dərk etməyə başlayırıq.
Biz İranla maddi sahədə, o cümlədən infrastruktur, sənaye istehsalı, ticarət, turizm, bankçılıq və iki xalq arasında əməkdaşlıqda qarşılıqlı əlaqələri həqiqətən yüksək qiymətləndiririk.
İranın BRİKS-ə qoşulması ilə rəsmi Moskva və Tehran arasında əməkdaşlıq imkanları xeyli genişlənib.
Sizin rəyiniz